Fakültə üzrə ixtisaslar:
Maliyyə ixtisası
“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupuna daxil olan Maliyyə ixtisasında dövlət və özəl sektorun maliyyə məsələləri ilə bağlı üzləşdiyi problemlərə elmi metodlardan istifadə etməklə lazımi həll yollarını hazırlamaq üçün ixtisaslı işçi qüvvəsi hazırlanır.
Hal–hazırda Maliyyə ixtisası gələcək üçün ən çox perspektivlər vəd edən ixtisaslar arasındadır. Bu ixtisas üzrə məzun olanlar dövlət maliyyə institutlarında, banklarda, sığorta, investisiya, audit və maliyyə məsləhətçi şirkətlərində karyera imkanları əldə edə bilərlər. Maliyyə ixtisaına sahib olan məzunlar doğru və hədəflənmiş büdcə planlamasının həyata keçirilməsi, büdcə vəsaitlərindən səmərəli istifadənin monitorinqi, vergilərin və digər ödənişlərin vaxtında tutulmasının monitorinqi, rəqəmsal bankçılıq, müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil etmək və icrasına nəzarət etmək, maliyyə bazarları alətlərindən istifadə, şirkətin kapitalının idarə edilməsi, maliyyə vəziyyətinin monitorinqi, investisiya layihələrinin məqsədəuyğunluğunun qiymətləndirilməsi, bazarın, müəssisənin maliyyə vəziyyətinin, maliyyə və şirkətin əhatə dairəsi ilə əlaqədar qanunvericilik yeniliklərinin monitorinqi, biznes planların hazırlanmasında, risklərin qiymətləndirilməsində və idarə edilməsində iştirak, iqtisadi proseslərin proqnozlaşdırılması və s.bilmək imkanını əldə edirlər.
Mühasibat ixtisası
Mühasibat ixtisası müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edilməsində iştirak edən sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərəkən və eyni zamanda gələcək fəaliyyətləri barədə qərar verərkən mühasiblərin və auditorların verdiyi rəylərə əsas götürə bilərlər. “Mühasibat” ixtisasının əsas məqəsdi tələbələrə şirkətlərdə aktiv, öhdəlik və kapital anlayışı və qeydiyyatın aparılması, maliyyə cədvəlləri, maliyyə vəziyyətinin və nəticələrinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nağd pulların hərəkəti, rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi, maliyyə hesabatlarının auditor yoxlamalarını aparmaq, maliyyə menecmentinin aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif dövlət və sahibkarlıq subyektlərində və bir çox fəaliyyət sahələrində ehtiyac böyükdür.
Mühasibat ixtisasında tədris olunan fənlərin tədris proqramları (sillabusları) beynəlxalq peşəkar kvalifikasiyalar (ACCA, CIMA) üzrə tədris proqramlarına uyğunlaşdırılmışdır. Bu isə tələbələrə həm dövlət təşkilatları, həm də özəl sektora aid biznes subyeklərində mühasib kimi çalışmaq üçün tələb olunan bilik və bacarıqları qazanmaq imkanı verir.
Mühasibat ixtisası 4 dildə (azərbaycan, ingilis, türk, rus) tədris olunur.