Maliyyə və mühasibat fakültəsi

ƏLAQƏ

Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 4, I saylı Tədri Binası

Əlaqə telefonu:
(+99412) 1846
* 1123 (fakültə)

Əlaqə telefonu:
(+99412) 1846
* 1125 (katiblik)
e-ail: [email protected]

ƏMƏKDAŞLAR

Dekan
i.e.n., dos. Hacıyev Hafis Əhməd oğlu
Əlaqə telefonu:
(+99412) 1846
* 1124

Maliyyə və mühasibat fakültəsi

UNEC-də Yay Semestrinə qeydiyyat davam edir

UNEC-də Yay semestri 20 iyul-30 avqust tarixlərində təşkil ediləcək.

Dərslər hibrid formada təşkil olunacaq. Tələbələrə mühazirə dərslərini onlayn və ya ənənəvi formada dinləmələri üçün seçim hüququ veriləcək. Tələbələrlə mühazirəni ənənəvi və ya onlayn dinləmək istədikləri barədə müqavilə imzalanacaq. Tədris boyu seçimi dəyişməyə icazə verilməyəcək.

Yay semestrinin imtahanları isə (aralıq qiymətləndirmə və sessiya imtahanları) yalnız ənənəvi formada keçiriləcək.

Onlayn qaydada dərs prosesinə yalnız kompüter və ya noutbuk vasitəsilə qoşulmaq tələb olunur. Dərs prosesində görüntü və müəllimlə ünsiyyət zamanı səs daima açıq olmalıdır, həmçinin internetə çıxışın stabil olmasını təmin etməlidir. Əks-halda yaranacaq bütün problemlərə görə məsuliyyəti tələbə daşıyacaq.

Müqavilələrin bağlanılması tələbənin istəyindən asılı olaraq, həm universitetdə fiziki imzaları təqdim etmələri yolu ilə, həm də elektron formada (uzaqdan müqaviləni birtərəfli imzalayıb və skan edib göndərmələri) təmin edilir. Müqaviləni elektron formada göndərən tələbələr tərəfindən müqavilələrin fiziki təsdiqlənməsi onların universitetə aralıq imtahanları zamanı gəldiklərində fakültə tyutorları tərəfindən təmin ediləcək.

Təhsil haqları dərslər başlayanadək ödənilməlidir.

Magistratura səviyyəsində bütün fənlərin qiymətləndirilməsi yazılı üsulla, bakalavriat səviyyəsində isə UNEC Elmi Şurasının qərarı  ilə təsdiq olunmuş yazılı və test üsulunda qiymətləndirilən fənlərin siyahısına uyğun olaraq keçiriləcək.

UNEC-in Zaqatala filialının tələbələrinin müraciət etdikləri fənlər Bakıda açılacağı halda, onlar qeydiyyatdan keçərək, öz istəkləri əsasında – Bakıdakı dərs otaqlarından və ya məsafədən qoşula biləcəklər. Filial tələbələri aralıq və sessiya imtahanlarını istəklərindən asılı olaraq, UNEC-in Bakı kampusunda və ya Zaqatala filialında verə biləcəklər.

Yay semestrində laboratoriya və qabiliyyət tələb edən fənlər ənənəvi formada 3 saylı tədris binasında, digər fənlərin tədrisi hibrid (ənənəvi və online) formada əsas binada (əyani təhsil forması üçün) və 2 saylı (qiyabi təhsil forması üçün) tədris binalarındakı müvafiq auditoriyalarda keçiriləcək.

Tələbələr açılan fənlərə qeydiyyatdan keçməklə bağlı təhsil aldıqları fakültənin tyutorlarına müraciət etməlidirlər.

Yay semestrində hazırda açılan fənlərin siyahısı əlavədə təqdim edilir.

FƏNLƏRİN SİYAHISI

Yay semestrinə qeydiyyat prosesi 17 iyul 2023-cü il tarixinə kimi davam edəcək.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?