- “Maliyyə və audit” kafedrası
UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli qərarı ilə “Maliyyə və maliyyə institutlari” kafedrasi ilə “Muhasibat uçotu və audit ” kafedrası birləşdirilərək “Maliyyə və audit” kafedrası yaradilmişdir.
Bir necə il öncə Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarına əsasən “Maliyyə”, “Bank işi”, “Vergi və vergiqoyma” kafedraları 03.02.2016-cı il tarixdən ləğv edilmiş və həmin kafedraların bazasında “Maliyyə və maliyyə institutları” kafedrası yaradılmışdır.
Kafedranın rəhbəri Azərbaycanın eks-maliyyə naziri, tanınmış ictimai-siyasi və dövlət xadimi və əməkdar müəllim olan iqtisad elmləri doktoru, professor Əvəz Əkbər oğlu Ələkbərovdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin əsas ixtsas “Maliyyə və audit” kafedrası özündə böyük elmi potensialı cəmləndirir. Hal-hazırda kafedrada iqtisad elmləri uzrə 10 elmlər doktoru, 29 elmlər namizədi, 8 baş müəllim və 4 müəllim çalışır.
Daha keyfiyyətli elmi kadr potensialının formalaşdırılması üçün kafedrada təhsilin doktorantura pilləsində əyani və qiyabi təhsil formasında iqtisad uzrə 7 elmlər doktoru, 43 fəlsəfə doktoru proqramları üzrə doktorant və dissertant fəaliyyət göstərir.
Kafedrada 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi” və 5303.01“Mühasibat uçotu və audit” ixtisasları fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının aktual mövzular üzrə hazırlanmasına elmi rəhbərlik təmin edilməklə onların vaxtında və keyfiyyətli müdafiə olunmasına yuksək elmi şərait yaradılır. Son dövrlərdə müdafiə olunan dissertasiyalar, əsasən “Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı olan elmi mövzulara həsr edilmişdir. Doktorant və dissertantlar vaxtlı-vaxtında illik attestasiyadan keçərək, kafedranın professor-müəllim heyətin qarşısında hesabat verirlər. Azərbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komisiyasinin əmri ilə kafedranin professorlari 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi ” ixtisasi uzrə UNEC nəzdində yaradilmiş ixtisaslaşdirilmiş mudafiə şurasinin uzvləri təyin edilmişlər.
Kafedra eyni zamanda təhsilin magistratura səviyyəsində də magistrantlara elmi mövzuların seçilməsində, onlara elmi rəhbərlik edilməsində öz xidmətlərini tam və dolğun şəkildə reallaşdırır.Azərbaycan Respublikasi Elm və Təhsil Nazirinin əmri ilə ali təhsilin magistratura səviyyəsində 060403 “Maliyyə” ixtisası üzrə “Bank işi”, “Maliyyə menecmenti”, “Maliyyə bazarları”, “Vergi və vergiqoyma”, “Sığorta işinin təşkili”, “Maliyyə nəzarəti və audit” ixtisaslaşmalarında keçirilən magistr dissertasiya işlərinin müdafiəsində hər il kafedranin professor və dosentləri iştirak edirlər.
Kafedranın nəzdində fəaliyyət göstərən «Maliyyə» laboratoriyası kafedranin elmi-nəzəri potensialının praktika ilə əlaqələndirilməsi işini uğurla həyata keçirir.
«Maliyyə və audit» kafedrasında Azərbaycan Respublikasi Nazirlər Kabinetini 11 fevral 2019-cu il tarixli 45 sayli qərari ilə təsdiq edilmiş ali təhsilin bakalavriat səviyyəsində 050406 Maliyyə və 050409 Muhasibat ixtisaslari uzrə iqtisad mutəxəssislər hazirlanir.