“Expressbank” ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə UNEC tələbələri arasında intellektual yarış keçirib.
Yarışda UNEC-in I, II və III kurs tələbələrindən ibarət 15 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Üç raunddan ibarət yarışda “RARS” komandası ən çox xal toplayaraq I yerin sahibi olub. “Qəzəlxan” komandası ikinci yerə, “Avengers” komandası isə üçüncü yerə layiq görülüb. I yeri tutan komandanın hər bir üzvü tədris ili boyunca “Expressbank”dan aylıq 150 AZN təqaüd alacaqlar. Bank tərəfindən II və III yerləri tutan komandalara da dəyərli mükafatlar təqdim edilib.
Qalib komandanın üzvləri Maliyyə və mühasibat fakültəsinin tələbələri Orxan Alışzadə, Azad Abasov, Rauf Həşimov, Şahrud Nəcəfli və SABAH Mərkəzinin tələbəsi Rəşad Ağayevdir.
Qalibləri təbrik edirik, uğurlar arzulayırıq!