Maliyyə və mühasibat fakültəsi

ƏLAQƏ

Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 4, I saylı Tədri Binası

Əlaqə telefonu:
(+99412) 1846
* 1123 (fakültə)

Əlaqə telefonu:
(+99412) 1846
* 1125 (katiblik)
e-ail: [email protected]

ƏMƏKDAŞLAR

Dekan
i.e.n., dos. Hacıyev Hafis Əhməd oğlu
Əlaqə telefonu:
(+99412) 1846
* 1124

Maliyyə və mühasibat fakültəsi

Maliyyə və Mühasibat fakültəsi haqqında

Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabrında 2 fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır.

Maliyyə fakültəsi 1930-cu ildən Azərbaycan Ticarət-Kooperativ İnstitutunun strukturunda fəaliyyətə başlamış, müxtəlif illərdə Maliyyə-kredit, Maliyyə-iqtisad, Maliyyə-statistika adlandırılmışdır. 1932-ci ildə həmin fakültənin bazasında qısa vaxtda fəaliyyət göstərmiş Maliyyə İnstitutu yaradılmışdır. Lakin 1933-cü ilin yanvarında bir sıra kiçik institutlarla (Plan-iqtisad, Sosialist uçotu, Sovet quruculuğu və hüquq) yanaşı, Ma­liyyə İnstitutu da Azərbaycan Ticarət-Kooperativ İnstitutu ilə birləşdirilərək Sosial-İqtisad İnstitutu adı ilə fəaliyyət göstərmişdir. Maliyyə İnstitutu yenidən Maliyyə-kredit fakültəsi kimi Sosial-İqtisad İnstitu­tunun struk­turuna daxil olmuşdur. Bəzi dövrlərdə (məsələn, 1941-ci ildə) Mühasibat uçotu ixtisası da Maliyyə fakültəsinin tərkibində olmuşdur.

1959-cu ildən ADU ilə birləşdirildikdən sonra Maliyyə və kredit ixti­sasları İqtisadiyyat fakültəsində hazırlanmışdır.

1966-cı ildə AXTİ bərpa edilərkən sonra fakültə Maliyyə-statistika adı ilə yenidən fəaliyyətə başlamış, 1987-ci ildən Statistika ixtisasının Müha­si­bat uçotu fakültəsi ilə birləşdirilməsi ilə Maliyyə-kredit fakültəsi adlandırıl­mış­dır.

1966-cı ildən başlayaraq fakültəyə prof. Ə.M.Qaravəliyev (1966-1970), dos. R.Ə.Mustafayev (1970-1974), dos. A.C.Məmmədov, dos. R.M.Rza­yev (1977-1982), prof. Ə.H.Axundov (1982), dos. R.A.Bəşirov (1982-1987, 1995-2000, 2009-2010), dos. Ş.Bədəlov (1987-1995, 2000-2005), i.e.d., prof. D.A.Bağırov (2005-2009), dos. Z.İ.İbrahimov (2014-2015), G.Musayev (2016-2021) rəhbərlik etmişlər.

2004-cü ilin noyabr ayından başlanan struktur dəyişikliyi çərçivə­sində Maliyyə-kredit fakültəsi iki yerə bölünərək Maliyyə və Kredit-iqtisad adı ilə müstəqil fəaliyyət göstərən təhsil vahidlərinə çevrilmişdir.

Uçot-iqtisad. Uçot üzrə kadrların hazırlanması ilə müxtəlif illərdə İqtisad Universitetinin sələfləri olan Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət və Kooperasiya İnstitutun­da, Sosial-İqtisad İnstitutunda, AXTİ-də, ADU-da, LMİİ-nin Bakı filialında və s. başqa ali məktəblərdə məş­ğul olunmuşdur. Hazırda uçot kadrları hazırlayan ən böyük ali məktəb İqtisad Universitetidir.

1959-cu ildə K.Marks adına AXTİ ləğv edildikdən sonra bu institutun bazasında S.M.Kirov adına ADU-nun tərkibində müstəqil İqtisad fakültəsi yaradıldı. Həmin dövrdəki tələbə kontingentinin demək olar ki, yarısı Mühasibat uçotu üzrə ixtisaslaşırdı. O illərdə İqtisad fakültəsinə professor Ə.R.Qasımov rəhbərlik edirdi.

TƏQAÜD

  • UNEC hər semester imtahanlarda yüksək nəticə göstərən istedadlı tələbələrinə əlaçılıq təqaüdündən əlavə TOP 15 təqaüdü verir
  • 600+ bal toplayan I kurs tələbələrinə, birinci semester 100 AZN əlavə təqaüd verilir.

 

MÜBADİLƏ PROQRAMLARI

UNEC təhsil həyatınızı unudulmaz etmək üçün mübadilə proqramları təklif edir. Aşağıda qeyd olunan Avropa və Türkiyə universitetində bir semester həm oxuya, həm də səyahət edə bilərsiniz

  • Erasmus proqramı çərçivəsində Almaniya, Fransa, Koreya, Litva və s. Avropa universitetlərində
  • Mevlana proqramı çərçivəsində Türkiyənin Hacettepe, İstanbul, Yıldız Teknik Universiteti kimi 48 universitetində təhsil almaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradılır.

 

MÜASİR TƏHSİL TEXNOLOGİYALARI

  • Elektron idarəetmə platforması EDUMAN
  • “UNEC Ekstern” onlayn tədris mərkəzi 
  • Virtual müəssisə
  • 24/7 kitabxana

UNEC-də yaradılan innovasiya mərkəzləri vasitəsilə siz həm nəzəri, həm də praktiki biliklər əldə edəcəksiniz.

 

QƏBUL ÜSULU

  • II ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qayda və prosedurlar əsasında; 
  • müsabiqədənkənar qəbul üçün müvafiq sənədləri (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) DİM-ə təqdim etməklə.

YÜKSƏK İXTİSASLI MÜƏLLİM HEYƏTİ

6 elmlər doktoru və 70% fəlsəfə doktoru elmi dərəcəsinə malik peşəkar müəllim heyəti müasir tədris texnologiyalarından yaranmaqla yüksək səviyyəli təlimlər həyata keçirir.

KARYERA İMKANLARI

  • Maliyyə meneceri
  • Büdcə proqnozlaşdırılması üzrə menecer
  • Vergi auditoru
  • Xəzinadarlıq meneceri
  • Dövlət auditoru xidmətində aparıcı mütəxəssis
  • Professional və rəqəmsal bank işçisi
  • Sığorta brokeri
  • Beynəlxalq təşkilatlarda maliyyə mütəxəssisi
  • Maliyyə bazarları xidmətində mütəxəssis

İKİLİ DİPLOM PROQRAMLARI

Tələbələrə öz ixtisasları ilə yanaşı, yerli və nüfuzlu xarici universitetlərdə ikinci diplom qazanmaq imkanı təklif olunur: 

  • Montpeller Universiteti (Fransa), ICD Biznes Mərkəzi (Fransa)
  • Universitetdaxili İkili diplom Proqramı (Təhsil müddəti ərzində ikinci ixtisasın diplomunu əldə etmə imkanı)

TƏHSİL PROQRAMININ STRUKTURU 3 BLOKDAN İBARƏTDİR

  • ümumi fənnlər;
  • nüfuzlu universitetlərin proqramları ilə inteqrasiya olunmuş ixtisas fənləri;
  • ixtisas üzrə seçmə fənnlər.

Tədris planları və sillabusların keyfiyyəti daim mütəxəssislər tərəfindən yoxlanılır, bazarın tələbələrinə uyğunluğu araşdırılır və işəgötürənlərin bütün tələblərini nəzərə almağa imkan verir.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?